Sənan Qurbanovun çalışdırdığı komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq komanda, iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda üzvləri tibbi-müayinədən keçəcəklər. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Keşlə"nin hazırlıq planı müəyyənləşib. Matc.az xəbər verir ki, geridə qalan mövsümdə Azərbaycan kubokunun qalibi olan bu komanda iyunun 15-dən etibarən məşqlərə başlayacaq.
 
Sənan Qurbanovun çalışdırdığı komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq komanda, iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda üzvləri tibbi-müayinədən keçəcəklər. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır. 
 
1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə komanda Qəbələdə 5, 10, 14 iyul tarixlərində üç yoxlama matçı keçirməyi planlaşdırır. 
 
Yoxlama oyunları üçün bütün rəqiblər barədə ətraflı məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest