Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, Gürcüstan millisi ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub.
 
Millimizin heyətində 65-ci dəqiqədə penaltidən Aysun Əliyeva və 90+4-cü dəqiqədə Ayşən Əhmədova fərqlənib.
 
Bu komandalar arasında iyunun 14-də daha bir yoxlama oyunu keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest