İngiltərənin paytaxtı Londonda "Leaders in sport" sammiti keçirilir. Matç.az saytı xəbər verir ki, "Stenford Bric" stadionunda təşkil olunan tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrin federasiyalarının rəsmiləri ilə yanaşı idmana bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edir.

2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli təşkilat komitəsinin üzvləri də sammitə qatılıb. Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest