"Fənərbaxça"nın qapıçısı Ahmet Oytun özdoğan İstanbul təmsilçisindən ayrılıb. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, 2014-cü ildən sıralarında olduğu "Fənərbaxça"dan ayrılmağa qərar verdiyini bildirib. Onun klubla müqaviləsinin müddəti bu yay başa çatıb. Futbolçuya yeni müqavilə təklif olunmadığından, o da klubla vidalaşmaq məcburiyyətində qalıb.
 
Qeyd edək ki, Ahmet Oytun özdoğan "Fənərbaxça"nın əsas komandasında çox oyun şansı qazanmayıb. O, 2018/19 mövsümünü də "Orduspor"da icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest