21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Hüseyn Seyliqli "Beşiktaş"ın əsas komandasının heyətində meydana çıxıb. Matç.az saytının məlumatına görə, gənc müdafiəçi təlim-məşq toplanışı çərçivəsində "Afjet Afyonspor"la qarşılaşmada iştirak edib.

"Ağ qaralar" Antalyada baş tutan görüşdə 5:1 hesablı qələbəyə sevinib. Start heyətində meydana çıxan Hüseyn fasilədən sonra Dorukhan Toközlə əvəzlənib.

Millimizin oyunçusu əvəzlənərkən "Beşiktaş" 0:1 hesabı ilə geridə olub. İstanbul nəhənginin qollarına Larin (48, 53), Lyayiç (51), Fatih Aksoy (79) və Babel (90) imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest