Madridlilərin hədəfindəki oyunçular "Çelsi"nin aparıcı üzvü Eden Azar və "Tottenhem"in lideri Harri Keyndi.

Mövsümə elə də uğurlu başlanğıc etməyən "Real" qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu", xüsusən də, yeni hücumçular almağı planlaşdırır.

Madridlilərin hədəfindəki oyunçular isə "çelsi"nin aparıcı üzvü Eden Azar və "Tottenhem"in lideri Harri Keyndi. Prezident Florentino Peres bu iki oyunçunun alınması üçün 420 milyon avro ayırıb. İspanlar bunun 200 milyonunu Azarın, 220 milyonunu isə Keynin transferinə xərcləmək fikrindədilər.

Keyn və Azarın keçidi baş tutarsa, "Real" Kərim Benzemanı, həmçinin yüksək məbləğ qarşılığında Qaret Beyli satmağa razılıq verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest