"Neftçi" PFK müdafiəçi Voyislav Stankoviç ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb.
 
Stankoviç "Neftçi"də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.
 
Xatırladaq ki, "Neftçi" bundan əvvəl ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest