"Jalgiris"in futbolçusu Ceremi Manzorronun karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Fransalı yarımmüdafiəçi "Keşlə" ilə danışıq aparıb.

"Jalgiris"in futbolçusu Ceremi Manzorronun karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Matç.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi "Keşlə" ilə danışıq aparıb.

Lakin 27 yaşlı oyunçu paytaxt klubu ilə ortaq məxrəcə gələ bilməyib. Belə ki, tərəflər maliyyə şərtlərində razılaşmayıblar. Əvəzində "Keşlə" "Kaysar"dan Con Kamaranı transfer edib.

Manzorro isə Qazaxıstana köçüb. O, "İrtış"la müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest