Hollandiya mətbuatı gələcək vəd edən oyunçuların siyahısını dərc edib. Matç.az saytı xəbər verir ki, həmkarlarımız yeni nəslin Hollandiya yığmasına əvvəlki nüfuzunu qaytaracağına inanır.

Hollandların ən çox ümid bəslədiyi oyunçulardan biri də Orkun Kökçüdü. Adı Azərbaycan millisi ilə də hallanan 18 yaşlı yarımmüdafiəçi hazırda "Feyenoord"un formasını geyinir. Artıq əsas komandanın oyunlarında iştirak etməyə başlayan Orkun Hollandiya U-19-nun da aparıcı simasıdı. Azərbaycan və Türkiyə millisinə də dəvəti gündəmdə olan Kökçünün üstünlüyü Hollandiyaya verəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Orkunun qardaşı Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasının formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest