AVRO-2021-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Slovakiyanın U-21 yığması təlim-məşq toplanışını davam etdirir. Gənclər yığması bu məqsədlə Türkiyədədi.

AVRO-2021-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Slovakiyanın U-21 yığması təlim-məşq toplanışını davam etdirir. Matç.az-ın Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, gənclər yığması bu məqsədlə Türkiyədədi.

Baş məşqçi Adrian Qula toplanışa 24 futbolçu aparıb ki, son oyunlarla müqayisədə heyətdə 6 dəyişiklik edilib. Qula hazırlıq çərçivəsində yetirmələrini iki yoxlama görüşündə sınayacaq. Millimizin rəqibi ilk olaraq bu gün "Fənərbaxça"nın gənclərdən ibarət komandası ilə üz-üzə gələcək. Yanvarın 15-də isə özbəkistanın U-21 yığması ilə yoxlama görüşü planlaşdırılır. Slovakların Türkiyə toplanışı yanvarın 23-dək davam edəcək.

Qeyd edək ki, Slovakiya II qrupda Fransa, İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest