Luis Suaresə alternativ axtarışına çıxan "Barselona" "çelsi"nin hücumçusu Alvaro Moratanı heyətinə qata bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu İspaniya millisinin forvardı üçün danışıqlara başlayıb.

İspanlar Moratanı 6 aylıq icarəyə götürməyi planlaşdırırlar. Transfer qiyməti baha olduğundan, "Barsa" onu birdəfəlik almağa tələsmir. Yalnız Munir və Denis Suares satılacağı təqdirdə, rəhbərlik bu barədə düşünə bilər.

Qeyd edək ki, Alvaro Morata "Atletiko"nun da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest