Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Matç.az xəbər verir ki, Qətərdə təlim-məşq toplanışında olan Avropa təmsilçilərinin qarşılaşmaları məhsuldarlığı ilə diqqət çəkib.

İsveç və İslandiya arasında matçda rəqiblər hərəyə 2 qol vurublar. Qış toplanışlarında əsasən daxili çempionatda çıxış edən futbolçular qatıldığından "Qarabağ"ın qapıçısı Hannes Halldorsson sonunculara kömək edə bilməyib. Onun əvəzləyicilərindən birinin 2 top buraxdığı matçda islandiyalılar 90-cı dəqiqədə məğlubiyyətdən qaçıb.

Estoniya da eyni sayda qol vurmaqla qələbə qazanıb. Baltikyanı ölkə təmsilçisi Finlandiyadan güclü olub.

Yoxlama oyunları

11 yanvar

İsveç – İslandiya – 2:2

Qyoekeres, 47, Tern, 66 – Karlson, 4, Torsteynson, 90

Finlandiya – Estoniya – 1:2

Karyaleynen, 81 – Kams, 35, Anler, 63

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest