Toplanışda 5 oyuna çıxacaq "Qarabağ" növbəti matçını yanvarın 16-da Macarıstanın "Uypeşt" klubuna qarşı keçirəcək.

2019-cu ildə ilk oyununu bu gün keçirməli olan Azərbaycan çempionu "Qarabağ" bir müddət gözləməli olacaq. Matç.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağı təxirə düşüb.

Yanvarın 6-dan qonşu ölkədə hazırlıq keçən Ağdam təmsilçisinin ilk rəqibi "Botoşani" olmalı idi. Antalyadakı görüş Bakı vaxtı ilə saat 18:30-da başlamalı olsa da güclü yağış səbəbindən görüş keçirilməyib.

Toplanışda 5 oyuna çıxacaq "Qarabağ" növbəti matçını yanvarın 16-da Macarıstanın "Uypeşt" klubuna qarşı keçirəcək.

Yoxlama oyunu

12 yanvar

18:30. "Qarabağ" (Azərbaycan) – "Botoşani" (Rumıniya) (təxirə salındı)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest