AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Slovakiya millisinin futbolçusu Yuray Kutska klubunu dəyişməyə yaxındı. Matç.az xəbər verir ki, Türkiyə "Trabzonspor"unun yarımmüdafiəçisi İtaliya "Parma"sına keçir.

Artıq klublar arasında transferlə bağlı razılıq əldə olunub. 31 yaşlı futbolçu yeni klubunun düşərgəsində tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. O, 2022-ci ilə qədər İtaliya klubuna məxsus olacaq.

Əvvəllər də A seriyasında oynamış Kutska "Cenoa" və "Milan"da çıxış edib. 2017-ci ildə Türkiyə klubuna keçən yarımmüdafiəçi 11 ildi şərəfini qoruduğu millidə 58 oyuna 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest