"Qalatasaray"ın İdarə Heyətinin iclasında klubun borcları açıqlanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, vitse-prezident Kaan Kançal bu barədə raport təqdim edib.

O bildirib ki, iyunun 30-dan etibarən klubun və şəriklərinin ümumi borcu 2 milyard 689 milyon lirədi. Bu isə təxminən 386 milyon avroya yaxın məbləğdi. Əvəzində klubun 1 milyard 463 milyon lirə (210 milyon avro) alacağı var.

Alacaqları çıxsaq, "Qalatasaray" və şəriklərinin ümumilikdə 1 milyard 226 milyon lirə (176 milyon avro) borcu qalır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest