Topaz Premyer Liqasının II dövrəsinə hazırlığı davam etdirən "Keşlə" Türkiyəyə yola düşüb. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün qardaş ölkəyə yollanıb.

Antalyada "Riu Kaya Belek" otelində məskunlaşan komanda bu gün ilk məşqinə çıxıb.

Tərlan Əhmədovun yetirmələri trenajor zalında hazırlıq keçiblər.

Sabah "Keşlə"nin daha iki məşqi nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest