Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar. Matç.az saytı xəbər verir ki, elita təmsilçilərindən daha ikisi bu müddətdə üz-üzə gələcək.

Belə ki, "Qəbələ" ilə "Səbail" oktyabrın 13-də yoxlama matçında qarşılaşacaq.

"Bakı" klubunun bazasında baş tutacaq oyunun start fiti 16:00-da səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest