İngiltərə Premyer Liqasının XXII turunda "Brayton"un qonağı olan "Liverpul" 1:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib. Matç.az saytının məlumatına görə, "qırmızılar"a 3 xalı gətirən qola 50-ci dəqiqədə penaltidən Məhəmməd Salah imza atıb.

Misirli superulduz bununla "Liverpul"un heyətində Premyer Liqada 46-cı qolunu vuraraq, Yan Raşı (45 qol) geridə qoyub və "qırmızılar"ın ən məhsuldar 8-ci oyunçusuna çevrilib. İndi o, 6-7-ci yerlərdə qərarlaşan Daniel Starric və Dirk Kuytdan 5 top geri qalır.

"Liverpul"un rekordçusu isə aktivində 128 qol olan Robbi Faulerdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest