Munir El-Haddadinin "Sevilya"ya transferindən sonra "Barselona" yeni hücumçu axtarışına çıxıb. Matç.az xəbər verir ki, bu barədə "Mundo Deportivo"ya komandanın baş məşqçisi Ernesto Valverde məlumat verib.

Təcrübəli mütəxəssis La Liqada oynamış futbolçulardan birini alacaqlarına işarə vurub: "Əlavə bir hücumçuya ehtiyacımız var. çünki Munirin gedişindən sonra bu yer boş qalıb. Hücumçu sayı istədiyimiz qədər deyil. "Transfer pəncərəsi" hələ açıqdı, bu şansdan istifadə etməyə çalışacağıq. Təbii ki, maliyyə şərtləri də nəzərə alınacaq. Transfer baş tutmasa, gənclərimizə güvənəcəyik. Liqanı yaxşı bilən, komandaya tez uyğunlaşacaq futbolçuya ehtiyacımız var.

Qeyd edək ki, hazırda La Liqada çıxış edən bir neçə hücumçu, eyni zamanda "çelsi"nin ispaniyalı forvardı Alvaro Moratanın adı "Barselona" ilə birgə hallanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest