"Barselona"nın yarımmüdafiəçisi Denis Suares İngiltərəyə köçməyə hazırlaşır. Matç.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, futbolçu "Arsenal"ın formasını geyinəcək.

Klublar arasında danışıqlar böyük ölçüdə müsbət nəticələnib. "Topçular" 25 yaşlı orta sahə oyunçusunu mövsümün sonuna qədər icarəyə götürəcək. "Arsenal" həmçinin yayda onu birdəfəlik transfer etmək hüququna malik olacaq. Keçidin sabah baş tutacaq son görüşdə rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Denis Suares 2016-cı ildən "Barselona"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest