İspaniya La Liqa2-də XXI turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" növbəti görüşünü keçirib.

Rəqib orta sıralarda qərarlaşan "Almeriya" olub. İlk iki yerə iddia edən "Alkorkon" doğma arenasında qolsuz bərabərə qalaraq, növbəti dəfə büdrəyib. 90 dəqiqəni əvəz edilmədən keçirən İsrafilov komandasının yeganə sarı vərəqəsinin (81-ci dəqiqə) müəllifi olub.

Bu bərabərlikdən sonra 35 xalla 5-ci pillədə yer alan "Alkorkon" lider "Qranada"dan 5 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest