İspaniya La Liqasının XIX turunda "Eybar"ı qəbul edən "Barselona" 3:0 hesabı ilə öndədi. Matç.az saytının məlumatına görə, qarşılaşmada ikinci topun müəllifi olan kataloniyalıların kapitanı Lionel Messi yubiley qoluna imza atıb.

Belə ki, bu, argentinalı superulduzun İspaniya çempionatlarında 400-cü qolu olub.

Leo 100-cü qolunu 2010-cu ildə "Almeriya"nın, 200-cü qolunu 2013-cü ildə "Osasuna"nın, 300-cü qolunu isə 2016-cı ildə "Sportinq Xixon"un qapısından keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest