"Qarabağ" gənc Turan Vəlizadədən sonra daha bir oyunçu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Coşqun Diniyev Ağdam klubu ilə vidalaşıb.

"Qarabağ" gənc Turan Vəlizadədən sonra daha bir oyunçu ilə yollarını ayırıb. Matç.az saytının məlumatına görə, yarımmüdafiəçi Coşqun Diniyev Ağdam klubu ilə vidalaşıb.

Azərbaycan çempionu 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıqla xitam verib.

Diniyevin yeni klubu da məlumdu. O, ikinci yarıdan etibarən karyerasını "Sabah"da davam etdirəcək. Bunu paytaxt klubu rəsmi feysbuk səhifəsi vasitəsilə elan edib. Coşqun Premyer Liqanın debütantı ilə 3 illik müqavilə imzalayıb. Yeni transfer 91 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest