Reynaldo Silva və Riçard Almeydadan sonra Pedro Enrike də "Qarabağ"a qayıda bilər. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mətbuatı yayıb.

Bildirilir ki, "Astana" ilə icarə müddəti başa çatan braziliyalı yarımmüdafiəçi bu kluba dönməyəcək. Səbəb Qazaxıstan çempionunun maliyyə problemi ilə üzləşməsidi. Həmkarlarımız Pedronun iki variantı olduğunu vurğulayıblar: "O, ya "Qarabağ"a keçəcək, ya da müqavilə ilə məxsus olduğu PAOK-a dönəcək".

Bununla bağlı qısa açıqlama verən 28 yaşlı vinger Yunanıstan klubunun yekun qərarını gözlədiyini söyləyib: "Deyəsən, PAOK-a dönəcəm. İndi vəziyyətimin 100 faiz dəqiqləşməsini gözləyirəm və istirahət edirəm. "Astana"da gözəl günlər keçirdim".

Qeyd edək ki, 2017-18 mövsümünü icarə əsasında "Qarabağ"da keçirən Pedro Enrikenin PAOK-la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest