İspaniya La Liqasının XIX turunda "Real"ı qəbul edən "Betis" son dəqiqələrdə buraxdığı qolla 1:2 hesablı məğlubiyyətə düçar olub. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, meydan sahiblərinin müdafiəçisi Mark Bartra rəqib hücumçu Viniçyus Juniorun onu söydüyünü bildirib.

Onun sözlərinə görə, braziliyalı forvard oyunun gedişində tez-tez nalayiq ifadələr işlədib: "Viniçyus tez-tez özünü yerə atır, qalxmırdı. Ona yapışmadığımı və vurmadığımı söylədim. Ancaq məni çağıraraq təhqiramiz ifadələr işlədirdi. Görüş ərzində 3 dəfə anamı xatırladım. Onun bu hərəkətini "Real"ın yüksək qiymətləndirəcəyini düşünmürəm. Futbolçu da gərək davranış qaydalarını öyrənsin".

Qeyd edək ki, 19 turdan sonra "Betis" 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest