"Arsenal" yarımmüdafiəçisi Məsut özili transferə çıxarıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Unay Emeri Almaniya millisi üzvünün xidmətində maraqlı deyil.

İspaniyalı mütəxəssis 30 yaşlı oyunçunun bu ay satılmasını, əvəzinə yarımmüdafiə xəttinə yeni futbolçunu transfer edilməsini istəyib. Bu üzdən "kanonirlər" özili artıq transferə çıxarıblar. London təmsilçisi onun gedişi ilə yaranacaq boşluğu "Barselona"lı Denis Suareslə doldurmağı planlaşdırır.

Qeyd edək ki, Məsut özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. O, bu mövsüm meydana çıxdığı 16 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest