İtaliyanın "Kyevo" klubunun yeni baş məşqçisinin adı məlum olub. Matç.az saytı xəbər verir ki, A seriyası təmsilçisini Campyero Ventura çalışdıracaq.

İtaliya yığmasının sabiq baş məşqçisi artıq yeni komandasını ilk məşqə də çıxarıb. Dç-2018-ə vəsiqə qazana bilmədikdən sonra millidən gedən 70 yaşlı mütəxəssis təxminən 11 aydan sonra fəaliyyətini bərpa edəcək. Onun yeni komandasında köməkçiləri Salvatore Sullo və Alesandro İnnoçenti olacaq.

Qeyd edək ki, bunadəl "Kyevo"nu çalışdıran  Lorentso Dannan ilk 8 turda 2 xal topladığı üçün vəzifəsindən kənarlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest