Qonsalo İquainin "çelsi"yə transferi ehtimalını nəzərə alan "Milan" hücumçu axtarışına başlayıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" artıq istədikləri qolçunu tapıblar.

Belə ki, rəhbərlik "Cenoa"nın forvardı Kşiştof Pyontekə "elçi düşüb". Klub rəsmiləri Leonardo və Paolo Maldini bu keçidi reallaşdırmaq üçün qarşı tərəflə danışığa başlayıb. "Milan" onu 6 aylıq icarəyə götürmək və mövsümün sonunda 40-50 milyon avroya transfer etmək fikrindədi. Lakin "Cenoa" hücumçusunu 60 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Kşiştof Pyontek "Real"ın da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest