"Zirə" Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlıqları Antalyada davam etdirir. Matç.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri bu gün ilk hazırlıq oyununa çıxacaq.

Paytaxt təmsilçisinin rəqibi Qazaxıstan təmsilçisi olacaq. Oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə"nin daha 3 sınaq matçı nəzərdə tutulub. Təmsilçimiz yanvarın 18-də "Voluntari" (Rumıniya), 23-də "Vorskla" (Ukrayna), 26-da isə "Şkupi" (Makedoniya) ilə qarşılaşacaq.

Hazırlıq oyunu

16  yanvar

17:00. "Zirə" – "Taraz" (Qazaxıstan)

Antalya

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest