Mövsümün ilk yarısına Türkiyədə hazırlaşan "Səbail" qış fasiləsində ilk yoxlama oyununu keçirib. Matç.az xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri Macarıstan təmsilçisi "Aqvital"la üz-üzə gəlib.

Dünən keçirilməli olan, lakin əlverişsiz hava şəraiti üzündən bu günə təxirə salınan qarşılaşmada hesabı bakılılar açıb. 44-cü dəqiqədə Kevin Kubemba fərqlənib.

Fasilədən sonra macarıstanlılar hesabda tarazlıq yaradıb. Ardınca "Səbail" önə keçmək imkanı qazansa da, Ruslan Qurbanov penaltini qaçırıb. Az sonra milliləşən rusiyalı qol sevinci yaşamağa nail olub – 2:1.

"Akvital" 2-ci dəfə hesabda tarazlıq yaratmağa müvəffəq olsa da, bakılılar qələbə qolunu vura bilib. 90-cı dəqiqədə Ruslan dublu rəsmiləşdirib – 3:2.

Qeyd edək ki, "Səbail" növbəti matçını yanvarın 21-də keçirəcək. Təmsilçimiz Ukraynanın "Desna" klubu ilə qarşılaşacaq.

Hazırlıq oyunu

16 yanvar

"Səbail" – "Aqvital" (Macarıstan) - 3:2

Qollar: Kevin Kubemba, 44, Ruslan Qurbanov, 68, 90

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest