Albaniya mətbuatına bununla bağlı açıqlama verən Aqolli məlumatı təkzib edib. O, Azərbaycan klubunu tərk etməyəcəyini söyləyib: "Hazırda "Qarabağ"ın oyunçusuyam. Haqqımda yayılan xəbərlər doğru deyil".

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin bu ay komandanı tərk edəcəyi barədə məlumatlar yayılıb. Matç.az saytının məlumatına görə, 36 yaşlı sol cinah oyunçusunun Ağdam klubunu ilk komandası "Tirana"ya dəyişəcəyi iddia edilib.

Lakin Albaniya mətbuatına bununla bağlı açıqlama verən Aqolli məlumatı təkzib edib. O, Azərbaycan klubunu tərk etməyəcəyini söyləyib: "Hazırda "Qarabağ"ın oyunçusuyam. Haqqımda yayılan xəbərlər doğru deyil. Azərbaycan klubundan ayrılacağımı yayan səhifəni azarkeşlər işlədir. Yəni həqiqətə uyğun deyil. Hazırda yalnız "Qarabağ" haqda düşünürəm, "Tirana"ya dönmək barədə yox".

Qeyd edək ki, Ansi Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur. Onun klubla müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest