Antalyada mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qarabağ" bir günlük istirahətin ardından məşqləri bərpa edib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar dünən iki məşq keçiblər.
Günün ilk məşqi yerli vaxtla 11:00-da start götürüb. Futbolçular isinmə hərəkətlərinin ardından "kvadrat" oynayıb və fiziki çalışamalara üstünlük verib.
İkinci məşq yerli vaxtla 17:30-da başlayıb və təxminən 90 dəqiqə davam. Güclü yağış altında davam edən məşqdə futbolçular toplu hərəkətləri yerinə yetirib və məşqə ikitərəfli oyunla yekun vurub.