Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək yığma və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi üz-üzə gəlib.

Matç Vüqar Məmmədin baş məşqçisi olduğu U-19-un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kamran Quliyev, Musa urbanlı və İsmayıl Zülfüqarlı qol sevinci yaşayıb. Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest