"Qarabağ" fərqli komandadır. "Vlajniya"dan daha yaxşıdır. Qarşıda iki oyun var və inanırıq ki, növbəti mərhələyə vəsiqə əldə edəcəyik".

Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib. Matc.az Kipr mətbuatına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis, "Qarabağ"ın Albaniya "Vlajniya"sından daha güclü olduğunu deyib:
 
"Qarabağ" fərqli komandadır. "Vlajniya"dan daha yaxşıdır. Qarşıda iki oyun var və inanırıq ki, növbəti mərhələyə vəsiqə əldə edəcəyik".
 
"Qarabağ"ın AEL-lə ilk matçı avqustun 5-də səfərdə baş tutacaq. Komandalar arasındakı cavab matçı isə avqustun 12-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest