Serbiyanın "çukariçki" komandasının futbolçusu Marko Doçiç Konfrans Liqasının 2-ci mərhələsində "Sumqayıt"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, Belqrad təmsilçisinin kapitanı, 2:0 hesabıyla qələbə qazanaraq mərhələ adladıqları matçı belə şərh edib:
 
"Oyun gözlədiyim kimi oldu. Həm hücumda, həm də müdafiədə yaxşı oynamalı idik. Qonaq komanda idik və ev sahibinin azarkeş üstünlüyü var idi. Komanda yoldaşlarımı bu tarixi uğura görə təbrik etmək istəyirəm. "Sumqayıt"ı hardan vuracağımızı və təhlükənin hardan gələcəyini bilirdik.
 
Səfərdə ilk imkanımızda qol vurduq, amma Belqradda toru silkələməyi bacarmadıq. "Sumqayıt" oyuna nəzarət etsə də, bizim yaxşı 2-3 qol imkanımız var idi. Əsas olan qapını toxunulmaz saxlamaq idi".
 
"Sumqayıt" Konfrans Liqasının 2-ci mərhələsində "çukariçki" ilə mübarizədən məğlub ayrılıb (ilk oyun 0:0, cavab oyunu 0:2) və turniri tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest