"Ayaks"ın yarımmüdafiəçidi Frenki de Yonq seçimini edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu PSJ-ni "Barselona"dan üstün tutub.

Bunun isə bir neçə səbəbinin olduğu bildirilir. İlk növbədə PSJ-nin həm futbolçunun özünə, həm də klubuna yüksək məvacib təklif etməsi 22 yaşlı orta sahə oyunçusunun qərarına təsir edib. Həmçinin "Barselona"nın yarımmüdafiə xəttində oyunçu sayının çoxluğu de Yonqu narahat edir. O, Adrien Rabyonun da keçidindən sonra Kataloniya klubunda əsas heyətə düşməkdə çətinlik çəkəcəyini düşünür. Bu səbəbdən Hollandiya millisinin üzvü PSJ ilə anlaşmağa çox yaxındı.

Qeyd edək ki, Frenki de Yonq 2016-cı ildən "Ayaks"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest