"Ardıcıl iki çətin səfər oyununa çıxacağıq. Bu görüşləri səbirsizliklə gözləyirəm".

"Kosovo barədə ətraflı məlumat əldə etmişik və bunu futbolçularla bölüşmüşük. Əminəm ki, onlar lazım olanı meydanda edəcəklər". Matç.az saytının məlumatına görə, bunu Malta yığmasının baş məşqçisi Rey Farrucia deyib.

O, yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo və Azərbaycanla keçiriləcək oyunları dəyərləndirib.

Farrucia daha çox Kosovo ilə bugünkü qarşılaşma barədə danışıb.

"Ardıcıl iki çətin səfər oyununa çıxacağıq. Bu görüşləri səbirsizliklə gözləyirəm. Yığmanı yaxşılaşdırmaq üçün bəzi şeyləri dəyişməyə çalışırıq. Düzgün yolda olduğumuzu düşünürəm. Kosovo da yeni komanda qurur və səviyyəli oyunçulara malikdi. çətin olacaq, amma Priştinaya müsbət nəticə üçün gəlmişik. Bu qarşılaşmanın nəticəsi Bakıdakı oyuna da təsir edə bilər. Əgər Priştinadan Bakıya qalib kimi yollansaq, orda da şansımız çox olacaq".

Qeyd edək ki, Kosovo – Malta oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest