Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkü atılıb. Matç.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, əvvəlki mərhələdə olduğu kimi, yenə mübarizə Birinci və İkinci liqaların təmsilçiləri arasında gedəcək.

Xüsusilə də, qış fasiləsinə turnir cədvəlinin ikinci və üçüncü pilləsində yollanan ADBTİA – "Standard" dueli diqqətləri cəlb edir.

Yanvarın 25-də və 26-da Bakı İdman Sarayında keçiriləcək 1/16 finalda qarşılaşacaq cütlükləri diqqətinizə çatdırırıq:

"Green Log" – "Borçalı"

"Dalğa" – "Rəvan"

"Gilan Construction" - "Mübariz"

"Bibi-Heybət" - "Obolon"

"Avanqard" - "Hövsan"

"Füzuli" -  "Advokat"

"Gənclik" İK - "Baku Fire"

"Xəzər Astara" - "Təbriz"

ADBTİA - "Standard"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest