"Hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar"

"İlk oyunumuz idi. Optimal formadan uzağıq". Matç.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Antalya toplanışı çərçivəsində keçirdiyi sınaq matçında Macarıstan təmsilçisi "Uypeşt"lə qarşılaşan ağdamlılar 0:1 hesabı ilə məğlub olub.

Oyundan sonra klubun rəsmi feysbuk səhifəsinə danışan mütəxəssis fikirlərini bölüşüb: "Bu gün düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Amma texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest