"Keşlə" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır. Matç.az saytının kluba istinadən məlumatına görə, komanda yanvarın 23-də "Konkordiya" (Rumıniya, 1-ci liqa) komandası ilə qarşılaşmalı idi.

Lakin Rumıniya klubu təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə gəlmədiyindən "Keşlə" həmin tarixdə Qazaxıstan təmsilçisi "Atırau" ilə qarşılaşacaq.

Xatırladaq ki, paytaxt təmsilçisi ilk yoxlama matçını yanvarın 18-də özbəkistanın U23 komandası ilə keçirəcək. Oyun Arkadia otelinin meydançasında olacaq. Matç yerli vaxtla saat 17.00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest