Son aylar klublar barədə məxfi məlumatları yaymaqla gündəmi ələ alan "Football Leaks"in əməkdaşlarından biri həbs olunub. Matç.az xəbər verir ki, gizli fəaliyyət göstərən portalın xakeri Rui Pintu Macarıstanda saxlanılıb.

30 yaşlı portuqaliyalı xakerlik etməkdə ittiham olunur. O, "Porto", "Benfika", "Sportinq" kimi klubların bazasına girib müqavilələr, yazışmalar və digər məxfi sənədləri ələ keçirərək portalda dərc olunmasında rol oynayıb.

Yaxın günlərdə Pintu Portuqaliyaya göndəriləcək. Onu 10 il həbs cəzası gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest