"Mançester Yunayted"in müdafiəçisi Erik Bayi qış fasiləsində klubunu dəyişə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fil Dişi Sahili yığmasının üzvü Premyer Liqanın digər təmsilçilərinin maraq dairəsindədi.

24 yaşlı mərkəz müdafiəçisi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" və "Tottenhem"in gündəmindədi. Baş məşqçi Joze Mourinyo ilə münasibətləri qaydasında olmayan Bayi özü də komandasını dəyişmək niyyətindədi. London klubları qış fasiləsində bu keçidi reallaşdırmaq üçün mançesterlilərin qapısını döyəcək.

Qeyd edək ki, Erik Bayi "Mançester Yunayted"ə 2016-cı ildə "Vilyarreal"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest