Ölkə daxilində "Qaradağ Lökbatan"a böyük hesabla (4:0) qalib gələn "Keşlə"nin bugünkü rəqibi Özbəkistanın U-23 yığması olub. Bakılılar bu dəfə də meydanı qol buraxmadan tərk edib. Lakin paytaxt təmsilçisi özü də asiyalıları məyus edə bilmədiyindən qarşılaşma qolsuz "sülh"lə yekunlaşıb.

Yanvarın 12-dən Antalyada təlim-məşq toplanışında olan "Keşlə" bu gün ilk sınağına çıxıb. Matç.az saytının məlumatına görə, Tərlan Əhmədov Antalyada birinci, ümumilikdə isə ikinci yoxlama görüşündə yetirmələrinin hazırlıq durumuna baxa bilib.

ölkə daxilində "Qaradağ Lökbatan"a böyük hesabla (4:0) qalib gələn "Keşlə"nin bugünkü rəqibi özbəkistanın U-23 yığması olub. Bakılılar bu dəfə də meydanı qol buraxmadan tərk edib. Lakin paytaxt təmsilçisi özü də asiyalıları məyus edə bilmədiyindən qarşılaşma qolsuz "sülh"lə yekunlaşıb.

Qeyd edək ki, bundan əlavə "Keşlə" Antalyada daha 3 oyun keçirəcək. Komanda yanvarın 23-də "Atırau" (Qazaxıstan), 25-də isə "çertanovo" (Rusiya) ilə qarşılaşacaq. Yanvarın 20-si üçün rəqib hələ bəlli deyil.

Yoxlama görüşü

18 yanvar

"Keşlə" - özbəkistan (U-23) - 0:0

Antalya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest