Bu ilin mart ayında "Aktobe"yə keçən Reynaldo Qazaxıstan klubunun heyətində keçirdiyi 26 matçda 6 qola imza atıb. Həmkarlarımızın iddiasına görə, 29 yaşlı oyunçu qışda...

"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Matç.az saytı xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Aktobe"nin forvardının ölkəmizə gəlişinin məqsədi özünə klub axtarmaqdı. Bu ilin mart ayında "Aktobe"yə keçən Reynaldo Qazaxıstan klubunun heyətində keçirdiyi 26 matçda 6 qola imza atıb. Həmkarlarımızın iddiasına görə, 29 yaşlı oyunçu qışda Topaz Premyer Liqası klublarından birinə keçmək niyyətindədi. "Aktobe" ilə müqavilə müddəti gələn ilin sonuna qədər olmasına baxmayaraq, braziliyalı komandasını dəyişmək fikrindədi.

Qeyd edək ki, bu günlərdə ölkəmizdə olan Reynaldo Silva sabiq klubu "Qarabağ"ın bazasına baş çəkmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest