"Milan"ın hücumçusu Qonsalo İquain İngiltərəyə köçür. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü karyerasını çox güman ki, "çelsi"də davam etdirəcək.

Mövsümün ilk yarısını icarə əsasında "Milan"da keçirən 31 yaşlı forvard bu gün London klubunda tibbi müayinədən keçəcək. "Milan" "Cenoa"dan Kşiştof Pyonteki transfer etməklə İquaini buraxmaq fikrindədi. "çelsi"nin onu "Yuventus"dan mövsümün sonuna qədər icarəyə götürməsi və yayda 1 illik müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, "Milan" İquaini ötən yayda "Yuventus"dan 18 milyon avroya icarəyə götürmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest