Türkiyədə hazırlıq keçən "Neftçi" heyətini gücləndirmək istədiyi bir vaxtda aparıcı futbolçularından birini itirmək təhlükəsi ilə üz-üzədi. Matc.az saytının əldə etdiyi məlumata görə, "ağ-qaralar" ən yaxşı legionerini, vurduğu 7 qolla mövsümün ilk yarısının ən məhsuldar futbolçusu Baqali Dabonu itirə bilər.

Klub prezidenti Kamran Quliyevin bəh-bəhlə, ilinə 300 min avro verib baş məşqçi postuna gətirdiyi Roberto Bordinin məşqçilik qabiliyyəti çox aşağıdı və əksər futbolçular bundan şikayətçidi. Bəzi futbolçular Bordinə həvəskar məşqçi kimi yanaşırlar.  

Belə ki, fransız hücumçu paytaxt təmsilçisinin baş məşqçisi Bordinin keçdiyi məşqlərdən narazıdı. Dabo ilə yanaşı, bəzi legionerlər də italyan mütəxəssisin proqramından beziblər. Onlar hətta bir-birinə yarızarafat-yarıgerçək "Bordin "katastrofa"dı deyirlər.

"Hər gün eyni məşqlər. Bakıda turlararası keçdiyimiz məşqləri burda da davam etdirik. Darıxdırıcı məşqlərdi, ancaq fiziki hazırlıq üzərində çalışırıq" deyə, legionerlər narazılıq edirlər.

Artıq klub daxilində ab-hava pozulub. Bəlli məsələdi ki, Kamran müəllimin  xarizması yoxdu deyə, düşərgədə boş yerdən dedi-qodular yaranıb. Onun futbolçularla yersiz söhbətləri çoxlarının ürəyincə deyil. Legionerlər isə çempionluğa oynayan komanda üçün səviyyəsiz futbolçuların alınmasından narazıdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest