"çelsi"nin hücumçusu Alvaro Morata İspaniyaya qayıdacaq. Matç.az xəbər verir ki, bu iddia ilə ispaniyalı jurnalist çıxış edib.

O bildirib ki, futbolçu əvvəlcə "Sevilya" ilə anlaşmışdı. Lakin "Atletiko"dan gələn təklifdən sonra fikrini dəyişib və madridlilərlə ortaq məxrəcə gəlib. Tərəflər müqavilə məsələsində hərtərəfli razılıq əldə ediblər. "Atletiko" ona yer açmaq üçün Nikola Kaliniçi transferə çıxarıb. Moratanın gedişindən sonra isə "Yuventus"dan Qonsalo İquain "çelsi"nin yolunu tutacaq.

Qeyd edək ki, "çelsi"nin 27 yaşlı Moratanı "Atletiko"ya 45 milyon avroya satmağa razılıq verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest