"Zenit"in yarımmüdafiəçisi Leandro Paredes uğrunda "çelsi"yə rəqib çıxıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ də argentinalı futbolçunun transferində maraqlıdı.

30 yaşlı oyunçu London klubu ilə ilkin razılıq əldə etməsinə baxmayaraq, PSJ-nin təklifi vəziyyəti dəyişə bilər. Parislilər bu keçid müqabilində Rusiya klubuna 35 milyon avro təklif edib. Sankt-Peterburq təmsilçisinin istəyi isə 40 milyon avrodu.

Qeyd edək ki, Leandro Paredes "Zenit"ə 2017-ci ildə "Roma"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest