Antalyada Premyer Liqanın III dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" toplanışın 6-cı gününə səhər məşqi ilə start verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ayxan Abbasovun yetirmələri öncə yüngül qaçış və fiziki gücün artırılması istiqamətində çalışıb.

Ardınca isə topla müxtəlif hərəkətlər edən komanda 1,5 saatlıq məşqi ikitərəfli oyunla bitirib. "Sumqayıt" günə axşam məşqi ilə yekun vuracaq.

Qeyd edək ki, "kimyaçılar" sabah yoxlama görüşü çərçivəsində Bosniya və Herseqovinanın "çelik" klubu ilə qarşılaşacaq. Matçın keçiriləcəyi yer və başlama saatı hələlik bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest