"Cenoa"nın bombardiri Kşiştof Pyontekin yeni klubunun adına aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Polşa millisinin üzvü "Milan"la anlaşıb.

Klublar arasında danışıqlara artıq yekun vurulub. 23 yaşlı forvardın transferi "Cenoa"ya 35 milyon avro qazandıracaq. Həmçinin "Milan"ın hücumçusu Alen Haliloviç əks düşərgəyə yollanacaq. "Cenoa" "rossonyerlər"in yarımmüdafiəçisi Andrea Bertolaççini də heyətinə qatmaq niyyətidədi. Lakin 28 yaşlı xavbek yayda azad agent kimi genuyalıların formasını geyinəcək.

"Milan" Pyontekin keçidini yanvarın 22-də açıqlamağı planlaşdırır. O vaxta qədər "Cenoa"nın Haliloviçlə hərtərəfli anlaşması gözlənilir.

Qeyd edək ki, Kşiştof Pyontek "Cenoa"ya mövsümün əvvəlində 4,5 milyon avroya "Krakoviya"dan keçib. O, cari mövsüm A seriyasında 13 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest